AZ

Bu zehniyyatın Pezeşkianı qəbul etmədiyi ortadadır - ÖZƏL

"Medianın yazdığına görə, İran prezidenti Məsud Pezeşkian öz məhdud səlahiyyətlərini yerinə yetirə bilmir. Getdikcə idarəetmə sistemindən təcrid olunur. Hətta onun istefa ərizəsi yazması haqqında məlumatlar dolaşır. Əslində bütün bunlar gözlənilən idi". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Əkrəm Bəydəmirli deyib: "Mən ötən yazılarımda islahatçı prezident Məsud Pezeşkianı İran siyasətində işıqlı nöqtə olduğunu yazmışdım.  Ona görə ki, cəmiyyət hər zaman yeniliyə, həyat şəraitinin yaxşılaşmasına can atır. Heç şübhəsiz İranda  islahatçı qanadın  qalib gəlməsi, xüsusilə, yeni prezidentin türk olması müsbət tendensiyanı gücləndirmişdi. Reallıq başqa mənzərəni  ortalığa çıxarır. Bu da ondan ibarətdir ki, prezident Məsud Pezeşkianın islahatçı ideyalarını gerçəyə çevirmək mühafizəkar rejimin marağında deyil. Artıq demək olar ki, İran siyasətində işıqlı nöqtələri söndürməyə çalışırlar.  Bəlkə mühafizəkar qanadın hədəflərində inkişaf, islahat, qarşılıqlı əməkdaşlıq yoxdur. 

Beynəlxalq aləmdə hadisələrin sürətlə dəyişdiyi bir məqamda İrandakı həmin mühafizəkar rejim yenə köhnə bayatılarını səsləndirir. Bəlkə də  Məsud Pezeşkianın islahatçı ideyalarının gerçəkləşməsi rejimin siyasi və iqtisadi sferada qurtuluşu ola bilərdi. Amma, lakin  bu zehniyyatın Pezeşkianın islahatlarını qəbul etmədiyi ortadadır.
Orta Şərqdə öz proksi qüvvələrini bi-bir itirən, ciddi sanksiyalarla üzləşən, beynəlxalq münasibətlərdən tədricən təcrid olunan molla rejiminin artıq necə düşünməsi önəmli deyil. Çünki, dünyada gedən geosiyasi, geoiqtisadi proseslərə təsir etmək üçün özün həddindən artıq güclü olmalısan. Həm də kimin necə düşünməsindən asılı olmayaraq, beynəlxalq hüquqa əsaslanıb  ədalətlə davranmalısan. 

Təbii ki, bu başqa bir söhbətin mövzusu olsa da, ABŞ prezidenti Trampın beynəlxalq hüquqdan  uzaq, son ədalətsiz davranışları uzunmüddətli qalibiyyətə, uğura gətirə bilməyəcək addımdır. Tarixdə mövcud olan acı təcrübələr göstərir ki, ədalətdən, hüquqdan uzaq, hegemonluq, dünyaya meydan oxumaq kimi ideyalar nəticədə gerçəkləşsə də, uzunömürlü olmur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr