AZ

Gecikdirilmiş kreditlərin əlavə faiz dərəcəsi nə zaman silinə bilər?

Vətəndaş bankdan götürdüyü krediti vaxtında ödəmədiyi halda üzərinə müəyyən faizlər gəlir və bu məbləğ gecikdirilmiş hər gün üçün xüsusi hesablanır. Bəs, əlavə olunmuş bu faiz məbləği hansı hallarda silinə bilər?

“Heftelik.az” “Xəzər Xəbər”ə istinadən məlumat verir ki, bu kimi prosedurlar zamanı Bank faizləri və müxtəlif sanksiyalar müştəri ilə bank arasında razılaşdırılmış şəkildə aparılır.

Vəkil Anar Ramazanovun sözlərinə görə, belə gecikdirilmiş kreditlər zamanı bank tərəfindən müştəriyə əlavə olunan faiz dərəcələri və dəbbə pullarını silmək və ya qismən azaltmaq üçün vətəndaş ilk növbədə həmin banka müraciət etməlidir. Vəkil bildirib ki, əgər vətəndaş özünə güvənirsə məhkəməyə də bu işlə bağlı müraciət edə bilər. Lakin, bank faizlərinin azaldılması ilə bağlı məhkəmələrin müstəsna hüquqları yoxdur. Bunun üçün məhkəmə mühasibatlıq ekspertizasına müraciət olunmalıdır. Bu qurumun müsbət rəyindən sonra məsələnin həlli mümkün ola bilər.

Buradan belə bir nəticəyə gəlmək olar ki, bank kreditlərinin üzərinə əlavə olunmuş faizləri qismən azaltmaq və ya tamamilə silmək üçün vətəndaşın bankın özünə birbaşa olaraq müraciət etməsi daha məsləhətlidir.

Bu zaman müştərinin maddi vəziyyətinin çətin olması ilə əlaqədar bankın verdiyi qərara əsasən onun uzunmüddətli borc gecikmələri qismən və ya tamamilə silinə bilər.

Əgər məsələ məhkəmə tərəfindən həll olunarsa və vətəndaşın ödəniş etməsində ciddi bir şəkildə problemlərin olduğu sübut olunarsa o zaman məhkəmənin qərarı ilə əlavə olunmuş dəbbə pulunun silinməsinə qərar verilə bilər.

Müəllif: Türkan_zadə

Seçilən
13
heftelik.az

1Mənbələr