AZ

Bakıda Avropa kubokunda 19 ölkədən gimnastlar çıxış edəcəklər

Bakıda keçiriləcək bədii gimnastika üzrə ikinci Avropa kubokunda 19 ölkənin komandası iştirak üçün qeydiyyatdan keçib.

İdman.biz xəbər verir ki, mayın 1-4-də təşkil ediləcək yarışda ümumilikdə 179 gimnast çıxış edəcək.

İştirakçılardan 79-u böyüklər, 100-ü isə yeniyetmələr arasında yarışacaq. Qrup yarışlarında isə səkkiz böyük və doqquz yeniyetmə komanda mübarizə aparacaq.

Avropa kubokunda turnirin ev sahibləri ilə yanaşı, Bolqarıstan, Gürcüstan, Macarıstan, Estoniya, Xorvatiya, Kipr, Konqo DR, Çexiya, İsrail, Lüksemburq, Şimali Makedoniya, Monteneqro, Polşa, Rumıniya, Sloveniya, Serbiya, Ukrayna, Cənubi Koreya gimnastları da çıxış edəcəklər.

İştirakçı gimnastların adlar isə daha sonra açıqlanacaq.

Qeyd edək ki, ötən il ilk Avropa kuboku da Bakıda Milli Gimnastika Arenasında keçirilib.

İdman.biz

Seçilən
20
1
idman.biz

2Mənbələr