AZ

Sükan arxasında məsuliyyətsizlik ağırlıq dərəcəsi yüksək olan yol qəzalarına zəmin yaradır - DYP

Bakı. Trend:

Sükan arxasında məsuliyyətsizlik ağırlıq dərəcəsi yüksək olanyol qəzalarına zəmin yaradır. Görülən tədbirlərə, aparılanmaarifləndirmə işlərinə baxmayaraq, hələ də yorğun, yuxusuz haldasükan arxasına əyləşən, yaxud avtomobil idarə edərkən diqqətiyayındıran hərəkətlərə vərdişkar olan sürücülərə rast gəlirik.

Trend xəbərverir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin müraciətindəqeyd edilib.

"Faktlara nəzər salaq. Bir gün əvvəl respublika üzrə qeydəalınan 4 yol-nəqliyyat hadisəsindən 3-ü toqquşma xarakterli olubki, həmin qəzaların hər biri məhz arxada hərəkət edən avtomobilinöndəki nəqliyyat vasitəsilə toqquşması səbəbindən baş verib.

Bununla yanaşı, həmin qəzaların ayırıcı və bir neçə hərəkətzolaqlarına malik avtomagistrallarda qeyd alınması, sözügedənyol-nəqliyyat hadisələrini törədən sürücülərin yorğun, yuxusuz,yaxud idarəetmə zamanı diqqəti yayındıran hərəkətlərə aludəolmasından, ara məsafəsini düzgün seçməmələrindən xəbər verir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusiləsərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərəkonları avtomobil idarə edərəkən diqqəti yayındıran hərəkətlərdənçəkinməyə, yol hərəkəti qaydalarına, iş və istirahət rejiminə ciddiəməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarınıntəhlükəsizliyinə biganə yanaşmamağa çağırır",- deyə məlumatdabildirilib.

Məqalədə:
Seçilən
20
37
az.trend.az

10Mənbələr