UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda PSV-ni səfərdə 7:1 hesabı ilə darmadağın edən "Arsenal" tarixə düşüb.
Publika.az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.
London klubu turnir tarixində səfərdə pley-off matçında 7 və ya daha çox qol vuran ilk komanda olub.
Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 12-də Londonda keçiriləcək.