AZ

Yenidən silahlanma planı Avropada borclanmanı kəskin artıracaq

Avropa İttifaqı ABŞ-ın Ukraynaya dəstəyini kəsdikdən sonra müdafiəsini gücləndirmək üçün yenidən silahlanma planını nəzərdən keçirir.

“İki sahil” xəbər verir ki,  Bloomberg-in köşə yazarı Markus Ashworth hesab edir ki, belə bir qərar Avropada borclanma xərclərinin kəskin artmasına səbəb ola bilər.

Avropa Komissiyasının sədri Ursula von der Leyen dünən Aİ-nin 800 milyard avroluq yenidən silahlanma planını açıqlayıb.

“Aİ qitənin yenidən silahlanmasına 800 milyard avroya qədər vəsait ayırmağa hazırlaşır. Bu, böyük potensial xərcdir və Brüssel hökumətlərə borclanmanı artırmağa imkan verib”, - deyə, agentlik yazır.

Bildirilir ki, belə bir siyasətin nəticəsi Aİ ölkələrində avro ilə borclanmanın dəyərinin davamlı və daimi artması, eləcə də borcun kəskin artması ola bilər.

Seçilən
21
ikisahil.az

1Mənbələr