AZ

Tbilisi meri Kaxa Kaladze bu titulundan məhrum edildi

Ukraynanın Gənclər və İdman Nazirliyi Kiyevin “Dinamo”komandasının keçmiş müdafiəçisi, hazırda isə Tbilisi şəhərinin meri və hakim “Gürcü Arzusu” partiyasının baş katibi Kaxa Kaladzeni “Ukraynanın beynəlxalq dərəcəli idman ustası” titulundan məhrum edib.

KONKRET.az xəbər verir ki, 2024-cü ilin dekabrında Kaladze Gürcüstan hakimiyyətinin digər 18 nümayəndəsi ilə birlikdə Ukraynanın sanksiya siyahısına salınmışdı.

Məlumata görə, Ukraynanın Gənclər və İdman Nazirliyi Kaladzedən başqa daha bir neçə idmançını titullarından məhrum edib.

Bunlar millinin sabiq futbolçusu Anatoli Timoşçuk və şahmatçı Sergey Karjakindir.

Xatırladaq ki, Kaxa Kaladze 1998-2001-ci illərdə Kiyev “Dinamo”sunda çıxış edib, üç dəfə Ukrayna kubokunu və ölkə çempionluğunu qazanıb. 1999-cu ilin mayında idman ustası adına layiq görülüb.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
29
2
konkret.az

6Mənbələr