AZ

Britaniya maksimum inflyasiya ilə üzləşib

Böyük Britaniyada ərzaq qiymətlərinin artımı kərə yağı, pendir və yumurtanın qiymətindəki sıçrayış nəticəsində son beş ayın ən yüksək səviyyəsinə çatıb...

Poliqon xəbər verir ki, bu barədə Financial Times Britaniya Pərakəndə Ticarət Konsorsiumunun (BRC) məlumatlarına istinadən yazıb.

Nəşr qeyd edib ki, yanvarda ərzaq inflyasiyası 1,6%-ə, fevralda isə 2,1%-ə yüksəlib. Göstərici 2024-cü ilin sentyabrından bəri ilk dəfə olaraq son dəyərdən yüksək olub.

Britaniya Bankı hesab edir ki, ümumi inflyasiyanın səviyyəsi 2025-ci ilin ortalarına qədər indiki 3%-dən 3,7%-ə yüksələcək. BRC ilin ikinci yarısına qədər Britaniyada ərzaq inflyasiyasının, o cümlədən bütün dünyada qəhvə qiymətlərinin artması ilə əlaqədar olaraq 4%-i keçəcəyini proqnozlaşdırır.

Poliqon.info

 

Seçilən
14
poliqon.info

1Mənbələr