Ulusal.az xəbər verir ki, xroniki böyrək çatışmazlığı diaqnozu qoyulmuş 26 yaşlı kişi xəstəyə 59 yaşlı atasının böyrəyi köçürülüb.
Əməliyyat laparoskopik (qapalı) üsulla icra olunub və həm donorun, həm də qəbul edən xəstənin vəziyyəti qənaətbəxş qiymətləndirilib.
Əməliyyatı uğurla icra edən həkimlərdən biri tanınmış transplantoloq-cərrah Eldar Əhmədov olub.
Bu barədə Yeni Klinikanın İctimaiyyətlə əlaqələr Departamentinin rəhbəri Nuridə Allahyarova sosial media hesabında məlumat paylaşıb.