Türkiyədə İŞİD-ə qarşı növbəti uğurlu əməliyyat keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya açıqlama verib.
O bildirib ki, İstanbul, İzmir və Adana başda olmaqla, 22 şəhərdə keçirilən əməliyyatla İŞİD terror təşkilatı ilə bu və ya digər formada bağlılığı olan 47 şübhəli şəxs qandallanıb: "Hazırda istintaq davam edir"
Firudin Səfərli
MİA.AZ