
Ukrayna Prezidenti Vladimir Zelenski sosial şəbəkədə 28 fevralda Ağ Evdə ABŞ Prezidenti Donald Trampla yaşadığı mübahisəni şərh edib. “Ulusum”.az-ın məlumatina görə, postunda baş verənlərə görə Zelenski təəssüfləndiyini ifadə edib, amma ABŞ tərəfinin təkid etdiyi kimi üzr istəməyib."Bizim Ağ Evdəki görüşümüz cümə günü gözlənildiyi kimi keçmədi. Baş verdiyinə təəssüflənirəm. İndi hər şeyi düzəltməyin vaxtıdır", – deyə Zelenski yazıb.Ukrayna lideri qeyd edib ki, "güclü prezident Trampın rəhbərliyi altında sülh əldə etmək üçün işləməyə hazırdır". O, həmçinin xatırladıb ki, məhz amerikalı lider bir zamanlar Ukraynaya Javelin tipli ilk tank əleyhinə raket komplekslərini təqdim edib və ABŞ-a dəstəyinə görə minnətdarlıq bildirib.Bundan əlavə, Zelenski döyüş əməliyyatlarını dayandırmaq üçün sürətli işləməyə hazır olduğunu vurğulayıb. Onun sözlərinə görə, ilk mərhələlər arasında hava və dənizdə dərhal atəşkəsin elan edilməsi ola bilər ki, bu da enerji obyektlərinə zərbələrin dayandırılmasını nəzərdə tutur, əgər Rusiya da buna razı olsa.
Diqqət Çəkənlər
Fərid Əhmədov Fikrət Məmmədovun qərarını ləğv edib
Sabahın hava proqnozu
Ermənilər ABŞ-dan deportasiya olunur