AZ

Gürcüstan Ukraynanın ən böyük düşməninin adını açıqlayıb

Gürcüstan

"Baltikyanı dövlətlər (Estoniya, Latviya, Litva) Ukraynanın ən böyük düşməni hesab edilir".“Ulusum”.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin deputatı İrakli Zarqua Gürcüstanın Birinci Kanalına verdiyi müsahibədə bildirib. Siyasətçinin fikrincə, bu ölkələr “Rusiyanı yormaq üçün” Kiyevi hərbi əməliyyatları davam etdirməyə sövq edir."Əgər onlar Ukrayna üçün bu qədər narahat olurlarsa və Ukraynanın təzyiq altında olduğunu düşünürlərsə, gəlib qonşu kimi mübarizəyə qoşulsunlar. Amma bunu etmirlər, çünki yalnız öz maraqlarını qoruyurlar və Ukraynanın nə olacağı onlara maraqlı deyil", - deyə deputat vurğulayıb.Zarqua həmçinin, Baltikyanı ölkələrin rəsmi Tbilisiyə qarşı da eyni şəkildə davrandığını qeyd edib. Xüsusilə, bu ölkələr dəfələrlə Gürcüstan tərəfini Moskvaya qarşı ikinci cəbhə açmağa və ona qarşı sanksiyalar tətbiq etməyə çağırıblar, - deyə siyasətçi bildirib.

Diqqət Çəkənlər

Fərid Əhmədov Fikrət Məmmədovun qərarını ləğv edib

Sabahın hava proqnozu

Ermənilər ABŞ-dan deportasiya olunur

Seçilən
24
ulusum.az

1Mənbələr