AZ

Bakıda sürücü daş daşıyıb yolu özü düzəldir - VİDEO

Bakıda ictimai nəqliyyat sürücüsünün nümunəvi davranışı sosial şəbəkələrdə yayılıb. 

Ölkə.az xəbər verir ki, avtobus sürücüsü keçdiyi yolda yaranmış çuxuru müvəqqəti olaraq təmir etməyə çalışıb.

Sürücü avtobusda gətirdiyi daşlardan istifadə edərək yolun həmin hissəsini doldurub və təhlükəsizliyi qismən təmin edib. Onun bu addımı sosial şəbəkə istifadəçiləri tərəfindən müsbət qarşılanıb.

Hadisənin hansı ərazidə baş verdiyi dəqiq deyil.

Həmidə İbrahimova

Seçilən
10
1
olke.az

2Mənbələr