AZ

Qəbələdə Ulu Öndərə həsr olunan "Dönüş anı" sənədli filminin nümayişi olub

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan idman ictimaiyyəti ilə tarixi görüşünün 30-cu ildönümü münasibətlə Qəbələdə film nümayiş olunub.

İdman.biz xəbər verir ki, filmin təqdimatından öncə gənclər və idman naziri Fərid Qayıbov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və idman ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Ulu öndər Heydər Əliyevin xatirəsi dərin hörmətlə anıb, abidəsi önünə gül dəstələri qoyulublar.

Daha sonra Qəbələ Mədəniyyət Mərkəzində Gənclər və İdman Nazirliyi tərəfindən Ulu Öndərə həsr olunan "Dönüş anı" sənədli filminin nümayişi baş tutub.

Qeyd edək ki, “İdman həftəsi” çərçivəsində bu gün Tərbiyəsi və İdman Günü münasibətilə Qəbələdə parad keçiriləcək.

Aytac Sahəd
İdman.biz

Seçilən
11
idman.biz

1Mənbələr