İtaliyanın “Atalanta” klubu baş məşqçini dəyişə bilər.
İdmanxeber.az-ın məlumatına görə, Can Pyer Qasperini mövsümün sonunda klubdan ayrılmaq qərarına gəlsə, rəhbərlik ona mane olmayacaq. Təcrübəli mütəxəssisin yerinə iki namizəd var – İqor Tudor və Mauritsio Sarri.
Bu məşqçilər Qasperinin mümkün əvəzləyicisi kimi nəzərdən keçirilir.
Hər iki mütəxəssis “Atalanta” rəhbərliyinin diqqətindədir və əsas namizədlər arasındadır.