AZ

Tramp bəzi ölkələri 2 aprel “zarafatı” ilə qorxutdu

ABŞ prezidenti Donald Tramp aprelin 2-dən idxal olunan mallara yeni, cavab rüsumları tətbiq etmək niyyətindədir.

Yenisabah.az xəbər verir ki, bu barədə o, ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatında ölkədəki vəziyyət, daxili və xarici siyasətin prioritetləri barədə danışarkən bildirib.

O deyib: “Əgər siz öz məhsulunuzu Amerikada istehsal etməsəniz, Tramp administrasiyası dövründə tariflər və bəzi hallarda olduqca əhəmiyyətli tariflər ödəyəcəksiniz. Digər ölkələr onilliklərdir ki, bizə qarşı tariflərdən istifadə edir və indi onlara qarşı istifadə etmək növbəsi bizdədir. Orta hesabla, Avropa İttifaqı, Çin, Braziliya, Hindistan, Meksika və Kanada bizdən daha yüksək tariflər tələb edir. Bu, son dərəcə ədalətsizdir".

Prezident vurğulayıb ki, əvvəlcə tariflərin tətbiqi tarixini aprelin 1-nə təyin etmək istəyib, lakin sonradan zarafat kimi anlaşılmasın deyə, aprelin 2-nə keçirmək qərarına gəlib.

“Mən çox mövhumatçı bir insanam. Qarşılıqlı tariflər aprelin 2-dən qüvvəyə minir. Onlar bizə nəyi tətbiq edirlərsə, biz də onlara tətbiq edəcəyik. Bu, qarşılıqlı hərəkət olacaq: onlar nə etsələr də, biz eyni şəkildə cavab verəcəyik”, - deyə Amerika prezidenti yekunlaşdırıb.

“Hindistan bizə 100%-dən yuxarı avtomobil tarifləri alır. Çinin bizim mallara orta tarifi bizdən iki dəfə, Cənubi Koreyanınkı isə dörd dəfə yüksəkdir. Bir düşünün: dörd dəfə yüksəkdir! Eyni zamanda, biz Cənubi Koreyaya böyük hərbi və digər yardımlar göstəririk. Lakin onların bizə etdikləri məhz bdur”, - prezident əlavə edib.

 


Telegram kanalımız
Seçilən
127
2
yenisabah.az

10Mənbələr