AZ

Fələstinə ədalət istəyən kino ulduzu polisə çağırıldı

Yazını böyüt
Yazını kiçilt

“The Crown”da oynayan Xalid Abdalla bildirib ki, Fələstin tərəfdarı etirazlara qatıldığı üçün polis tərəfindən ifadə verməyə çağırılıb.

Hafta.az-ın yazdığına görə, Britaniya kral ailəsindən bəhs edən Netflix serialında Dodi Fayed obrazını canlandıran aktyor sosial şəbəkədəki paylaşımında polis tərəfindən ifadə verməyə çağırıldığını bildirib. Londonun polis agentliyi olan Metropolitan Polis Xidməti BBC-yə göndərdiyi bəyanatda Abdalladan başqa daha 7 nəfərin ifadə verməyə çağırıldığını deyilib. Həmin şəxslərin yanvarın 18-də Fələstinə dəstək aksiyaları zamanı “ictimai asayişin pozulması” ilə bağlı aparılan istintaq çərçivəsində çağırıldığı qeyd olunub.

Polisin çağırışına reaksiya verən Abdalla paylaşımında yazıb: “Bu ölkədə etiraz hüququ tapdalanır”.

Misir əsilli aktyor Qəzza müharibəsi zamanı İsrail dövlətini tənqid edən açıqlamaları ilə tez-tez gündəm olub.

“The Day of Jackal” filmində Ulle Dag Çarlz obrazını da canlandıran aktyor BBC-nin “Qəzza: Müharibə zonasında necə sağ qalmaq olar” sənədli filmini yayımdan çıxardıqdan sonra ona qarşı yazdığı açıq məktubu imzalayanlar arasında olub. Bildirilib ki, BBC 2-də yayımlanan sənədli filmin 14 yaşlı izahçısı Abdullah əl-Yazuri Fələstin Kənd Təsərrüfatı nazirinin müavini, HƏMAS-a bağlı Ayman əl-Yazurinin oğludur. Təşkilat daha sonra sənədli filmi yığışdırıb.

Abdalla ötən ilin aprelində verdiyi bəyanatda İsrailin Qəzzaya hücumlarını "soyqırım" kimi qiymətləndirərək beynəlxalq ictimaiyyətin Fələstini uğursuzluğa düçar etdiyini bildirib.

Böyük Britaniyada müstəqil parlamentari Con Makdonnel və keçmiş İşçi Partiyasının lideri Ceremi Korbin də Qəzzaya dəstək bəyanatlarına görə polisə ifadə verməyə çağırılıb.

Seçilən
7
hafta.az

1Mənbələr