Bakı. Trend:
Son 4 il həqiqətən çox quraq keçib, su anbarlarında suyun həcmiölü həcmə yaxın olub və Kürün aşağı axarında suyun həddən artıq azolması yay yalarında bəzi günlərdə onun qurumağa yaxın olmasınagətirib. Ümumi su ehtiyatlarımız bu illər ərzində 25%-dən çoxazalıb.
Trend-in məlumatına görə, bu sözləri Azərbaycan DövlətSu Ehtiyatları Agentliyi yanında (ADSEA) Suların İstifadəsinə vəMühafizəsinə Nəzarət Dövlət Xidmətinin mətbuat konfransında kadastrvə uçot şöbə müdiri Rafiq Verdiyev deyib.
O, bildirib ki, müxtəlif iqlim senarilərinə əsasən gələcəkdəatmosferə atılan qazların miqdarı tələb olunan hüduda qədərazaldılmasa, temperaturun daha yüksək templə artması müşahidəolunacaq:
"Nəticədə quraq illərin sayı artacaq və quraqlıq daha da kəskinolacaq. Bu da əsrin sonunadək su ehtiyatlarımızın daha 30%azalmasına və su təhlükəsizliyi sahəsində problemlərin daha dakəskinləşməsinə səbəb ola bilər".
"Eyni zamanda gələcəkdə su qıtlığı problemlərini aradanqaldırmaq üçün çay hövzələrində meşələrin salınması, sudan səmərəliistifadə, su itkilərinin qarşısının alınması, alternativ sumənbələrinə geniş yer verilməsi, sudan təkrar istifadəningenişlənməsi, kənd təsərrüfatında sudan qənaətlə istifadə edənmetod və texnologiyaların tətbiqi və s . mühüm addım hesab olunabilər", - deyə R.Verdiyev əlavə edib.