AZ

Ataxan Bədəlov: “İstəyirik ki, sudan çox istifadə edən çox, az istifadə edən isə az ödəsin”

Ataxan
“Məqsədimiz odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan ödənişli istifadə Qaydaları”nın təkmilləşdirilməsi nəticəsində istifadə edilən suya münasibətdə tariflərin diferensiallaşmasına nail olunmasıdır”. 1news.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti Suların istifadəsinə və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov brifinqdə deyib.
O, deyib ki, yəni, sudan çox istifadə edən çox, az istifadə edənin isə az ödəniş etməsini istəyirik.

“Biz təkliflərimizi vermişik, ancaq məsələ ilə bağlı qərarı Tarif Şurası verəcək”.

Seçilən
81
1news.az

1Mənbələr