AZ

Tramp Kanadanı gömrük rüsumları ilə hədələdi

ABŞ prezidenti Donald Tramp Kanadanı Amerika mallarına tətbiq ediləcək mümkün tariflərə cavab olaraq 25 faizlik gömrük rüsumları ilə hədələyib.

XəzərNews.az xəbər verir ki, bu barədə o , martın 4-də “Truth Social” səhifəsində yazıb.

Tramp Ottavanı daha əvvəl xəbərdar etdiyi yeni tarif məhdudiyyətləri tətbiq edəcəyi təqdirdə tarifin eyni məbləğdə artacağını söyləyib.

Ağ Evin rəhbəri baş nazir Castin Trüdou da Kanada qubernatoru adlandırıb.

"Lütfən, Kanada qubernatoru Trüdoya izah edin ki, o, ABŞ-a müvafiq tarif tətbiq edəndə bizim qarşılıqlı tarifimiz dərhal eyni məbləğdə artacaq", - o yazıb.

Xəbər 8 dəfə oxunub.
Seçilən
8
xezernews.az

1Mənbələr