AZ

“Qarabağ”dan 100 topluq fərq

Azərbaycan çempionatları tarixində ilk dəfə iki komandanın şəxsi oyunlarındakı ümumi top fərqi 100-ü keçib.

"Football-plus.az" PFL-in saytına istinadən xəbər verir ki, bu, “Qarabağ”la “Sumqayıt”ın görüşlərində qeydə alınıb.

İndiyədək 50 dəfə qarşılaşan komandaların matçlarında texniki nəticə nəzərə alınmamaqla Ağdam klubu 124, Sumqayıtın eyniadlı təmsilçisi 23 qola sevinib.

Qeyd edək ki, iki komanda arasındakı görüşlərdəki ikinci ən böyük fərq “Qarabağ”la “Şamaxı”nın qarşılaşmalarına məxsusdu. Ağdam təmsilçisi 68 topluq üstünlüyə malikdi – 114-46.

Seçilən
73
21
football-plus.az

10Mənbələr