AZ

Separatçı sirrin üstünü açdı: Paşinyan Arayikə hansı cavabı verib?

Bir müddət Qarabağda fəal separatçılıqla məşğul olan, Şuşa-Xankəndi yolunda Azərbaycan tərəfinin keçirdiyi aksiyaya silahlı hücum etməyə çağırış edən Tiqran Petrosyan dünən maraqlı bir məsələnin üstünü açıb.

Tribunainfo.az xəbər verir ki, o, müharibədən sonra Arayik Harutyunyanla görüşdüyünü və orada vacib bir sənədlə tanış olduğunu bildirib.

Pertrosyan deyib ki, müharibədən sonra Arayik Arutyunyanı ittiham edəndə ona üstü imzalı kağız göstərib. “Orada Nikol Paşinyana müharibənin tez dayandırılması ilə bağlı müraciət əks olunmuşdu. Cavabı da bu idi ki, “əgər müharibəni dayandırsaq, Ermənistan “döyüşmədilər” ittihamı ilə üzləşəcək”.

Separatçı onu da deyib ki, Qarabağ ermənilərini müharibəyə Qarabağdakı daşnaklar sövq ediblər. “Qoy, indi onlar cavab versinlər”.

Seçilən
33
tribunainfo.az

1Mənbələr