AZ

Millimizin sabiq futbolçusu Moskvada həbs olunub

Azərbaycan millisinin sabiq futbolçusu Abdulla Abatsiyev Moskvada həbs olunub.

İdman.biz xəbər verir ki, 31 yaşlı sabiq yarımmüdafiəçi fırıldaqçı dəstədə yer almaqda ittiham olunur.

O, Moskvadakı cinayətdə kuryer rolunu oynayıb. Abatsiyevin yer aldığı dəstə 79 yaşlı təqaüdçünü aldadaraq 14 milyon rublu (265 min 188 manat) onlara verməyə inandırıb.

Qeyd edək ki, Abatsiyev Azərbaycan millisində 1 oyun keçirib. O, 2014-cü ilin mayında ABŞ-la yoldaşlıq görüşündə (0:2) iştirak edib. Son vaxtlar “Fight Nights” mediakomandasında oynayan yarımmüdafiəçi karyerası ərzində “OİK-Rostov”, “Olimp-Ximki”, “Maşuk-KMV” və “Armavir”də çıxış edib.

İdman.biz

Seçilən
12
idman.biz

1Mənbələr