AZ

Odessanın mühüm enerji obyektləri vurulub

Rusiya hərbçiləri Ukraynanın cənubunda yerləşən Odessa vilayətindəki mühüm enerji infrastrukturu obyektinə hücum ediblər. Bu barədə Ukraynanın DTEK enerji holdinqinin mətbuat xidməti rəsmi Telegram kanalında məlumat yayıb.

Bəyanatda bildirilir ki, Rusiya Silahlı Qüvvələri müvafiq əməliyyatı martın 4-də həyata keçiriblər. Bu əməliyyat çərçivəsində Rusiya döyüşçüləri son iki həftə ərzində dördüncü dəfə regionun enerji infrastrukturuna zərbələr endiriblər.

Nəşr hansı strukturun zədələndiyini konkret olaraq qeyd etməyib. Eyni zamanda, mətbuat xidməti xilasedicilərin icazəsindən sonra qəza xidmətlərinin bərpa işlərinə başlayacağını vurğulayıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. 

Tural

Seçilən
18
news365.az

1Mənbələr