AZ

Türkmənistanın ən yaşlı qadınının 117 yaşı tamam oldu

Yazını böyüt
Yazını kiçilt

Daşoğus vilayəti Akdəpə rayonunun Bağtılı kəndində yaşayan Sarıgül Matiyeva 2025-ci ilin yanvarında 117 yaşını qeyd edərək Türkmənistanın ən yaşlı qadını olub.

Hafta.az-ın yazdığına görə, Matiyeva 1908-ci il yanvarın 1-də Rəcəb Ağa və Oğulecənin ailəsində doğulub. O, gənclik illərində və Böyük Vətən Müharibəsi illərində kənd təsərrüfatında çalışaraq ölkəyə öz töhfəsini verib.

Sarıgül Matiyeva Mati Bozaqanovla ailə qurub və birlikdə altı uşaq böyüdüblər. 1982-ci ildə həyat yoldaşını itirən Sarıgülün bu gün 43 nəvəsi, 97 nəticəsi və 9 kötükcəsi var.

Sarıgül gənclik illərində atsürmə ilə məşğul olub. Onun atçılıq həvəsi də 1935-ci ildə məşhur Aşqabad-Moskva at marafonunda türkmən atlarının 84 gündə 4300 kilometr yol qət etməsi zamanı yaranıb.

Sarıgülün kiçik oğlu Güyç Matiyevin sözlərinə görə, anasının uzunömürlü olmasının sirri aktiv həyat və müsbət düşüncə tərzindədir. “Çox yatmağa ehtiyac yoxdur, daim hərəkət etmək lazımdır. Kədər içində otura bilməzsən, kədər insanı qocaldır. Güyç anasının fəlsəfəsini çatdırır: “Həyatda hər zaman bir məqsəd olmalıdır”.

Seçilən
18
hafta.az

1Mənbələr