Bakı. Trend:
Əgər ötən əsrin sonlarında transərhəd çaylarda təxminən 20milyard kub metr, yerli çaylarda isə 10 milyard kubmetr suformalaşırdısa, indi ümumi su ehtiyatlarımız iqlim dəyişmələrinintəsiri nəticəsində 5 milyard kubmetr azalaraq 25 milyard kubmetrəyaxındır.
Trend-in məlumatına görə, bu sözləri Azərbaycan DövlətSu Ehtiyatları Agentliyi yanında (ADSEA) Suların İstifadəsinə vəMühafizəsinə Nəzarət Dövlət Xidmətinin mətbuat konfransında kadastrvə uçot şöbə müdiri Rafiq Verdiyev deyib.
Onun sözlərinə görə, qonşu dövlətlər tərəfindən ildə ortahesabla 5 milyard kubmetr su götürüldüyünü nəzərə alsaq görərik ki,su ehtiyatlarımız hal-hazırda 20 milyard kubmetrə yaxındır ki, onunda 12 milyard kubmetri və ya 60%-i qonşu dövlətlərin ərazisindəndaxil olur.
"Gələcəkdə transsərhəd çaylar hövzəsində qonşu dövlətlərtərəfindən istifadə üçün götürülən suyun miqdarının artması vəmüxtəlif çirkab suları vasitəsilə onların daha ciddi səviyyədəçirklənməsi kimi problemlərin daha da kəskinləşməsi su təchizatındayerli çaylarımızın rolunun daha da artacağına bir işarədir", - deyəo, bildirib.