AZ

Millimizin sabiq futbolçusu həbs edildi

Azərbaycan millisinin sabiq futbolçusu Abdulla Abatsiyev külli miqdarda dələduzluqla bağlı cinayət işi üzrə həbs edilib.

Msport.az xəbər verir ki, hadisə Moskvada baş verib.

Rusiya mətbuatının məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi cinayətkarların 79 yaşlı təqaüdçünü 14 milyon rublu təhvil verməyə razı sala bildiyi dələduzluq sxemində kuryer kimi fəaliyyət göstərib.

Qeyd edək ki, Abdulla Abatsiyev 2014-cü ilin mayında ABŞ-la yoldaşlıq oyununda (0:2) Azərbaycan millisinin heyətində bir oyun keçirib.

Seçilən
48
2
msport.az

10Mənbələr