AZ

Yeni dövrün əlamətləri: Hər 3 internet istifadəçisindən biri...

İnternet axtarış sektorunda monopoliyaya sahib olan Google-un ABŞ-da istifadə məlumatları açıqlanıb.

Yenisabah.az xəbər verir ki, ABŞ-dakı aktiv veb istifadəçilərinin təxminən üçdə biri Google-dan çox istifadə etmir. Bu istifadəçilər ayda 20-yə qədər axtarış edir.

İnsanların 36 faizi 20-100 arası axtarış edərkən, 34 faizi 100-dən çox axtarış üçün Google-dan istifadə edir.

ABŞ-da adambaşına düşən unikal Google axtarışlarının orta sayı ayda 126-dır.

2024-cü ilin məlumatlarına görə hazırlanan hesabatda bildirilir ki, dünyada 5,35 milyard insan hər ay aktiv axtarışlar aparır. Fişkinin hesabatına görə, Google-da hər il edilən axtarışların sayı 5,9 trilyondur. Google bu rəqəmin 5 trilyondan çox olduğunu açıqlayıb.

Google axtarışlarının 86,94 faizi standart olaraq veb brauzerdə açılan Google.com vasitəsilə edilir. 11 faizi Google Image Search, 0,64 faizi Google Maps, 0,38 faizi Google News və 0,23 faizi Google Shopping-dəndir.

Aytac Şahin


Telegram kanalımız
Seçilən
43
yenisabah.az

1Mənbələr