AZ

"Azərbaycanın su ehtiyatlarında 20% azalma müşahidə olunur"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycanın su ehtiyatlarında 20% azalma müşahidə olunur".
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Nəzarət Xidmətinin Kadastr şöbəsinin müdiri Rafiq Verdiyev mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, eyni zamanda transsərhəd sularının ölkəyə daxil olmasında da 40%-ə yaxın azalma var:
"Biz sudan səmərəli istifadəyə geniş yer veririk. Sovet dövründə də su problemi var idi. Çünki magistral kanallar sovet dövründə qurulub. Bu kanallar torpaq örtüyü ilə əhatə olunduğuna görə, su itkisi ilə üzləşirik. Həmçinin kənd təsərrüfatı sahəsində torpaqların həddən artıq sulanması duzlu səthin daha yuxarı qalxmasına səbəb olur".
Aygün Mirakif
Seçilən
14
oxu.az

1Mənbələr