AZ

“Şamaxı”nın yubiley qolu

“Şamaxı” Azərbaycan çempionatlarında 850-ci qolunu vurub.

"Football-plus.az" xəbər verir ki, bu, Misli premyer-liqasının 25-ci turuna təsadüf edib. Ayxan Abbasovun yetirmələri səfərdə “Səbail”ə 2:0 hesabı ilə qalib gəlib.

Bu görüşdəki ilk qol bölgə təmsilçisi üçün yubiley xarakteri daşıyıb. 850-ci topun müəllifi Vasiliye Bakiç olub. Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşıyan komanda 682-ci görüşdə bu göstəriciyə çatıb. Vurulan 851 qoldan 458-i evdə, 393-ü səfərdə qeydə alınıb.

Qeyd edək ki, “Şamaxı” bu göstəricidə yalnız “Qarabağ”, “Neftçi” və “Kəpəz”dən geri qalır.

Seçilən
57
15
football-plus.az

10Mənbələr