1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İstanbul nəhənglərindən olan "Fənərbağça" klubu portuqaliyalı mütəxəssis Joze Mourinyo ilə müqavilə müddətini daha bir il uzadacaq.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, tərəflər arasında ilkin razılıq əldə olunub.
Joze Mourinyonun performansını bəyənən Ali Koç təcrübəli çalışdırıcı ilə müqavilə müddətini 2027-ci ilədək uzatmaq istəyir.
Qeyd edək ki, Joze Mourinyonun müqaviləsi 2026-cı ilin yayında başa çatır.