AZ

Azərbaycan yığmasının keçmiş üzvü Moskvada həbs olundu

Futbol üzrə Azərbaycan yığmasının sabiq üzvü Abdulla Abatsiyev Moskvada həbs olunub.

“Qafqazinfo” xəbər verir ki, millimizin keçmiş oyunçusu fırıldaqçı dəstənin kuryeri olmaqda ittiham edilir. 

Həmin dəstə fırıldaqçılıqla 14 milyon rubl (265 min 188 manat) əldə edib. A.Abatsiyev də bu fırıldaqda iştirakçı olub. 

Qeyd edək ki, Abdulla Abatsiyev Azərbaycan millisinin heyətində 1 oyun keçirib. O, 2014-cü ilin mayında ABŞ-la yoldaşlıq görüşündə (0:2) iştirak edib. O, ölkəmizdə “Sumqayıt” və “İnter” klublarında oynayıb. 

 


Seçilən
94
10
qafqazinfo.az

10Mənbələr