AZ

Rusiyalı idmançıları Avropa çempionatına buraxmadılar

Rusiyalı kayakçılar və kanoeçilər iyunda Çexiyanın Raçiçe şəhərində keçiriləcək Avropa çempionatında iştirak edə bilməyəcəklər. Bu barədə Rusiya mediasına Rusiya Kanoe Federasiyasının baş katibi Yelena İsxakova məlumat verib.


O qeyd edib ki, yarışın təşkilatçıları əvvəlki "ənənəyə" sadiq qalaraq  Rusiyadan olan nümayəndələrin iştirakına icazə verməmək qərarına gəliblər.


“Keçən il də belə idi. Yəni yeni heç nə baş verməyib. İlin əvvəlində Beynəlxalq Kanoe Federasiyası bizim buraxacağımız yarışları sadalayan məktub göndərdi”, - İsxakova vurğulayıb.

Tural

Seçilən
16
news365.az

1Mənbələr