AZ

Bakı-Qroznı reysinin həlak olmuş ekipaj heyətinə Mülki Aviasiya Muzeyində şəxsi fond yaradılıb (FOTO)

Bakı. Trend:

Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərənAzərbaycan Mülki Aviasiya Muzeyində “Azərbaycan Hava Yolları”QSC-yə məxsus Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış“Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipajheyətinin hər birinin şəxsi fondunun yaradılması və bumaterialların daimi ekspozisiyada nümayişi ilə bağlı toplama işihəyata keçirilib.

Mülki Aviasiya Muzeyindən Trend-ə bildirilib ki, ekipaj heyətinin ailə üzvləritərəfindən muzeyə verilən həmin materiallar arasında onların əməkfəaliyyəti ilə bağlı geyimlər, sənədlər, şəxsi əşyalar,fotoşəkillər və s. yer alır.

Qeyd olunub ki, Prezident İlham Əliyevin 29 dekabr 2024-cü iltarixli Sərəncamı ilə AZAL-a məxsus “Embraer 190” tipli sərnişintəyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğramasınəticəsində həlak olan ekipaj üzvlərinə - İqor İvanoviç Kşnyakin,Aleksandr Georgiyeviç Kalyaninov və Hökumə Cəlil qızı Əliyevayaölümlərindən sonra xidməti vəzifələrinin yerinə yetirilməsində,sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaətvə fədakarlıq göstərdiklərinə görə Azərbaycanın Milli Qəhrəmanı adıverilib.

Allah rəhmət eləsin!

Bakı-Qroznı
Bakı-Qroznı
Bakı-Qroznı
Bakı-Qroznı
Seçilən
38
8
az.trend.az

9Mənbələr