Bakı. Trend:
2024-cüil ərzində "mygov" rəqəmsal hökumət platformasınınfunksionallığı və imkanları artırılıb. Şəxsiyyət vəsiqəsi, doğum,ölüm, nikah şəhadətnaməsi kimi zəruri rəqəmsal sənədlər platformayaəlavə olunub və hüquqi qüvvələri təmin edilib. Vətəndaşlar busənədləri rəqəmsal formada aidiyyəti qurumlarla bölüşəbilirlər.
Bu barədə Trendİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən rəqəmsalhökumətin inkişaf dinamikasını əks etdirən 2024-cü ilgöstəricilərinə istinadən xəbər verir.
Bildirilib ki, bundan əlavə, "Məlumatlarım" bölməsindəvətəndaşlara aid 45-dən çox məlumat əks olunub. Platformadaməhkumluq haqqında arayışın alınması, YİHO üçün qeydiyyat, elektrikdoldurma məntəqələrinin siyahısı, pensiya kalkulyatoru, notariat vəkommunal sahələrə aid xidmətlər də yer alır. Eyni zamanda əsashəyat hadisələri üzrə xidmətlər də rəqəmsallaşıb. Belə ki,vətəndaşlar artıq doğum şəhadətnaməsi, nikah şəhadətnaməsi və ölümhaqqında şəhadətnamənin əldə edilməsi üçün "mygov" vasitəsilərəqəmsal formada müraciət edə bilirlər.
2024-cü il göstəricilərinə görə, "mygov"un istifadəçi sayı 964 min,tətbiq üzərindən aparılan əməliyyatların sayı 923 min, aktivistifadəçi (30 gün ərzində istifadə) sayı 415 min olub. Platformaüzərindən vətəndaşlara 565 min bildiriş göndərilib. İstifadəçilərinrəylərinə əsasən, məmnuniyyət səviyyəsi 97% təşkil edib.