AZ

Qalmaqallı çağırış: Müsəlmanlara hücum üçün İŞİD kimi təşkilat qurun!

İfrat Hindutva lideri Yati Narsinghanand müsəlmanlara qarşı hücumlara çağıraraq böyük qalmaqal yaradıb.

Publika.az xəbər verir ki, Yati Narsinghanand Hindistanın Uttar Pradeş əyalətinin Dasna şəhərindəki məbəddə “müsəlmanlara qarşı soyqırım” çağırışları edib.

O, hinduları müsəlmanlara qarşı bir araya gələrək İŞİD kimi təşkilatlar qurmağa səsləyib. Yati iddia edib ki, hindular müsəlmanların hədəfindədir:

"Dinimiz, ailəmiz və varlığımız üçün ayağa qalxın. Silah alın. Lazım gələrsə, İŞİD kimi təşkilat da qurun".

Seçilən
25
publika.az

1Mənbələr