AZ

Elon Mask “OpenAl”a qarşı iddiasında uduzdu

ABŞ məhkəməsi Elon Maskın “OpenAI”ın kommersiya şirkətinə çevrilməsinin qarşısını almaq tələbinə rədd cavabı verib. 

Valyuta.az xəbər verir ki, “OpenAI”ın keçmiş həmtəsisçilərindən biri olan Elon Mask şirkətin süni intellekt texnologiyalarını insanlığın rifahı naminə inkişaf etdirmək məqsədindən uzaqlaşdığını iddia edirdi. O, “OpenAI”ın qeyri-kommersiya qurumundan kommersiya yönümlü şirkətə çevrilməsinin qarşısını almaq üçün məhkəməyə müraciət etmişdi. Lakin iddia üzrə qərar verilib və “OpenAI”ın kommersiya fəaliyyətinə qarşı qoyduğu tələbin rədd edildiyi elan olunub.

Məhkəmə Maskın iddiasını əsaslandıracaq kifayət qədər sübut təqdim etmədiyini bildirib. Bununla belə, hakim “OpenAI”ın kommersiya şirkətinə çevrilməsinin hüquqi əsaslarını araşdırmaq üçün sürətləndirilmiş məhkəmə iclası keçirməyə hazır olduğunu qeyd edib.

Qeyd edək ki, bu məhkəmə prosesi Elon Maskın “OpenAI” ilə bağlı ilk hüquqi mübarizəsi deyil. Bir neçə həftə əvvəl o, şirkəti 97,4 milyard dollara satın almağa çalışmış, lakin şirkətin idarə heyəti bu təklifi rədd etmişdi. 

Sərvanə Rəmixanova

Seçilən
20
valyuta.az

1Mənbələr