AZ

Tailandda 100 nəfər Kambocadakı dələduzluq mərkəzində fəaliyyət göstərdiyinə görə həbs edilib

Tailand polisi bu gün Kambocadakı dələduzluq mərkəzi ilə əlaqəsi olmaqda şübhəli bilinən 100 nəfəri saxlayıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu, böyük dələduzluq sxemləri ilə mübarizə üzrə regional əməliyyat çərçivəsində Tailand vətəndaşlarının həbs olunduğu ilk hadisədir.

Mənbələrin məlumatına görə, dələduzluq şəbəkəsinin təşkilində şübhəli bilinən iki Çin vətəndaşının həbsinə order verilib. Əməliyyat Kamboca polisi ilə birlikdə həyata keçirilib.

Dələduzluq mərkəzləri artıq bir neçə ildir Tailandın Myanma və Kamboca ilə sərhədləri boyunca fəaliyyət göstərir. Çinli aktyorun qaçırılması və onun daha sonra Myanmada tapılması ilə bağlı qalmaqal bu cinayətkar şəbəkələrin aradan qaldırılması üçün çoxmillətli səylərin katalizatoru olub. Aktyor artıq Çinə qaytarılıb.

Fevral ayında Myanma dələduzluq mərkəzlərindən çıxarılan 260 nəfərlik ilk qrupu Tailanda göndərib. Ümumilikdə, 20-dən çox ölkədən 7 minə yaxın şəxs təxliyə edilib, əksəriyyətinin Çin vətəndaşı olduğu bu şəxslərin bir çoxu insan alverinin qurbanı olub.

Tailand polisi bu gün həbs olunanların həmin mərkəzi idarə edən cinayətkar qrupun üzvləri olduğunu bildirib.

Saxlanılan şəxslər özlərini dövlət qulluqçuları kimi təqdim edərək qurbanları aldadıblar.

Seçilən
24
report.az

1Mənbələr