AZ

Ötün gün töhmət verilən Fuad Nağıyev istintaqa çağırıldı

Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev istintaqa çağırılıb.

Lent.az-ın özəl mənbələrdən əldə etdiyi məlumata görə, Fuad Nağıyevlə yanaşı, qurumda işləyən bir sıra şəxslər də istintaqa cəlb edilib.

"Dövlət Turizm Agentliyinin vəzifəli şəxsləri ilə bağlı aparılan araşdırma xidməti sənədlərin sızdırılması ilə yanaşı, agentlikdəki korrupsiya faktları ilə də bağlıdır", - deyəmənbə bildirib.

Qeyd edək ki, dünən Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə şiddətli töhmət elan edilib.

Bu şiddətli töhmətin səbəbləri barədə yazmışdıq.

Fuad Nağıyevin rəhbərlik etdiyi agentlik xidməti yazışmaları sızdırıb

"Turizm Agentliyi Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən "Transparency İnternational" təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edənşəxslərin yuvasına çevrilib. Onu qeyd etmək yerinə düşər ki, Fuad Nağıyevin qaynanası Rəna Səfərəliyeva uzun illər "Transparency İnternational" təşkilatı ilə əməkdaşlıq edib. O, bu qurumun Azərbaycandakı nümayəndəsi olub. Vaxtilə bu təşkilatda onun yetişdirdiyi bəzi şəxslər indi Dövlət Turizm Agentliyində işləyirlər. Onların buagentlikdə söz sahibinə çevrilməsi barədə deyilənlərə heç də təəccüb etmək lazım deyil" - Lent.az-ın yaydığı məlumatda qeyd olunub.

Məlumata görə, Fuad Nağıyevin ətrafı davamlı olaraq xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar. Hətta dövlət orqanları arasında daxili yazışmaları belə xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürüblər.

Ötən gün baş verənlərdən sonra Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov da işdən çıxarılıb.

Seçilən
17
15
turkustan.az

10Mənbələr