Cüdo üzrə yeniyetmə qızlardan və oğlanlardan ibarət Azərbaycan milli komandaları Türkiyəyə yollanır.
Offsideplus.az xəbər verir ki, məqsəd martın 8-9-da Antalya şəhərində keçiriləcək Avropa Kubokunda iştirak etməkdir.
Yarışa ümumilikdə 43 idmançı - 25 oğlan və 28 qız aparılır. Hər iki cinsin nümayəndələri 8 çəki dərəcəsində mübarizə aparacaqlar.
Oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərovdur. Qızların komandasına isə Elnur İsmayılov rəhbərlik edir.