AZ

İran səfirliyindən Ronaldoya “99 şallaq cəzası” xəbəri ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

Son günlər futbol dünyasında böyük səs-küyə səbəb olan iddiaya rəsmi cavab gəlib.

Ulusal.az xəbər verir ki, “Əl-Nəsr” klubunun ulduz futbolçusu Kriştiano Ronaldonun İranda “99 şallaq” cəzasına məhkum edildiyi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

İranın rəsmi qurumları bu məlumatı qəti şəkildə təkzib edib.  İranın səfirliyi İngiltərənin məşhur “talkSPORT” platformasına açıqlamasında bildirib.

“İranda beynəlxalq idmançıya qarşı məhkəmə qərarının çıxarılması ilə bağlı iddiaları qəti şəkildə rədd edirik”,-deyə açıqlamada qeyd olunub.

Səfirliyin bəyanatında vurğulanıb ki, Ronaldo ilə əlil iranlı sənətçi Fatemeh Hammami arasındakı görüş səmimi və humanist bir jest kimi dəyərləndirilib və İran xalqı bu anları müsbət qarşılayıb.

İran

Xatırladaq ki, bu hadisə 2023-cü ildə baş verib. Ronaldo Asiya Çempionlar Liqası çərçivəsində Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə İranın “Persepolis” komandası arasında keçirilən matç üçün İrana səfər edib. Səfər zamanı o, əlil iranlı sənətçi Fatemeh Hammami ilə görüşüb, onun hədiyyə etdiyi rəsmləri qəbul edib və ona xüsusi diqqət göstərib.

Kriştiano

Lakin daha sonra bəzi şayiələr yayılaraq, portuqaliyalı futbolçunun İran qanunlarını pozduğu, evli bir qadına toxunduğu iddia edilib. Bu da Ronaldonun guya İranda “99 şallaq cəzası” alacağı barədə əsassız xəbərlərin yayılmasına səbəb olub. İran rəsmiləri isə bu xəbərlərin tamamilə uydurma olduğunu vurğulayaraq, yayılan məlumatların həqiqətlə heç bir əlaqəsinin olmadığını bildiriblər. Bəzi futbolsevərlər Ronaldonun 2024-cü ildə keçirilən Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İranın “İstiqlal” klubu ilə səfər matçında iştirak etməməsini bu iddialarla əlaqələndirib. Lakin “Əl-Nəsr” klubundan verilən rəsmi açıqlamada bildirilib ki, Ronaldonun oyunda iştirak etməməsinin səbəbi cəza deyil, futbolçunun əzələ yorğunluğu ilə bağlı istirahət etməsidir.Musavat.com

Seçilən
23
moderator.az

1Mənbələr