AZ

Milli Müdafiə Universiteti xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulu elan edir

Bakı. Trend:

Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti cari ilin 30 maytarixinədək Heydər Əliyev adına Hərbi İnstituta, Hərbi TibbFakültəsinə, Bakı və Naxçıvan Hərbi kolleclərinə, Heydər Əliyevadına və Cəmşid Naxçıvanski adına Hərbi liseylərinə elektron sənədqəbulu elan edir.

Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ilk dəfə olaraq Milli Müdafiə Universitetitərəfindən qəbul prosesi elektron qaydada həyata keçirilir. Ölkəüzrə əhatəliliyi özündə əks etdirən bu yenilik əlçatanlığın vəvətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yaradılıb.

Azərbaycan Respublikasının vətəndaşları istənilən bölgədənmmu.edu.az saytının “Təhsil müəssisələrinə qəbul” bölməsindənmüraciət etməklə seçdiyi təhsil müəssisəsinə aid sənəd qəbuluportalına keçid edərək, müvafiq portaldakı “Sənədlər” hissəsindənproseslə bağlı məlumatları əldə edə bilər.

"Tibbi müayinələrin keçirilməsi 01 aprel – 30 iyun, seçimlərinaparılması isə 01 iyul – 31 avqust tarixlərində nəzərdətutulur.

Vətəndaşları maraqlandıran suallarla bağlı Milli MüdafiəUniversitetinin çağrı mərkəzi – *0811 (iş günlərində saat 09:00-dan17:30-dək) və [email protected] elektron poçt ünvanı fəaliyyətgöstərir.

Fəxr edəcəyin gələcəyi seç!", - məlumatda qeyd edilib.

Milli
Seçilən
32
15
az.trend.az

10Mənbələr