AZ

Bu klub 850-yə çatdı

“Şamaxı” Azərbaycan çempionatlarında 850-ci qolunu vurub.

Publika.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 25-ci turuna təsadüf edib. Ayxan Abbasovun yetirmələri səfərdə “Səbail”ə 2:0 hesabı ilə qalib gəlib.

Bu görüşdəki ilk qol bölgə təmsilçisi üçün yubiley xarakteri daşıyıb. 850-ci topun müəllifi Vasiliye Bakiç olub. Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını daşıyan komanda 682-ci görüşdə bu göstəriciyə çatıb.

Ümumilikdə vurulan 851 qoldan 458-i evdə, 393-ü səfərdə qeydə alınıb.

Seçilən
60
15
publika.az

10Mənbələr