AZ

“Google” tələsir? - “Android” 16 daha tez buraxılacaq

“Android” layihəsinin rəhbəri Samir Samat, “Android” smartfonları üçün əməliyyat sisteminin (OS) yeni versiyasının nəzərdə tutulandan daha tez buraxılacağını açıqlayıb. 

 

Sfera.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə “Android Police” nəşri məlumat verib. “Android” layihəsinin rəhbəri Samir Samat, yeni əməliyyat sisteminin buraxılmasının təxmini vaxtının 2025-ci ilin iyun ayı olacağını açıqlayıb.

 

Onun sözlərinə görə, şirkətin mühəndisləri, sistemin ictimai versiyasını yaz aylarının əvvəlində təqdim etmək üçün çalışırlar. 

 

Adətən “Google”, “Android”in son versiyasını avqustdan əvvəl buraxmazdı. Samat bildirib ki, şirkətin bu il bunu daha tez etməsi struktur və istehsal prosesində dəyişikliklər edilməsi ilə bağlıdır.

 

“Bir çox istifadəçi əməliyyat sisteminin daha sürətli funksionallıq tələb etdiyini və daha tez-tez yenilənməsini istəyir”, – deyə Samat vurğulayıb. Onun sözlərinə görə, yeniliklər əvvəlkindən daha tez-tez buraxılmağa başlayıb və sistemdəki səhvləri daha sürətli düzəltmək imkanı da yaranıb. 

 

Bəsti Rəfizadə
 

Seçilən
54
sfera.az

1Mənbələr