Aktual.az xəbər verir ki, bu barədə Çinin Vaşinqtondakı səfirliyinin "X” hesabında paylaşım edilib.
"Rəsmi Vaşinqton fentanil ətrafında yaranmış problemi həll etmək niyyətindədirsə, Çinlə bərabərhüquqlu əsaslarla məsləhətləşmələr aparmalıdır”, - paylaşımda vurğulanıb.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ tərəfi güclü ağrıkəsici təsirə malik olan fentanil preparatı da daxil olmaqla, Çindən idxal olunan bir sıra məhsullara 10-20 faiz intervalında rüsum tətbiq edəcəyini açıqlayıb.