Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Zelenskinin atdığı addımlar Ukraynada münaqişənin kəskinləşməsinə gətirib çıxarıb.
Publika.az xəbər verir ki, Lukaşenko amerikalı bloger Mario Naufalla müsahibəsində Ukraynada münaqişənin gərginləşməsinə görə Zelenskinin məsuliyyət daşıdığını deyib.
“O, çoxlu vədlər verdi. Bunlardan ən mühümü bu münaqişəyə son qoymaq idi. Amma əksinə, vəziyyəti daha da pisləşdirdi. Zelenski Ukraynadakı münaqişəni fövqəladə səviyyəyə çatdırıb. O, sülhə nail olmaq əvəzinə münaqişəni daha da pisləşdirir. Zelenski təcrübəsizliyinə görə bir sıra səhvlərə yol verir. O, təcrübəli ekspertlərin məsləhətlərinə qulaq assaydı, bu səhvlərdən qaçmaq olardı”, - Belarus lideri qeyd edib.
Lukaşenko Ukrayna böhranı ilə bağlı bir sıra məqamlara da diqqət çəkib: