AZ

Azərbaycan millisinin keçmiş üzvü Moskvada həbs olundu

style='margin-bottom:10px;'>

Azərbaycan milli komandasının sabiq futbolçusu Abdulla Abatsiyev dələduzluq işi üzrə həbs edilib.

QOL.azxəbər verir ki, bu barədə Rusiyanın “Sport Baza” teleqram kanalı məlumat yayıb.

31 yaşlı sabiq yarımmüdafiəçi fırıldaqçı dəstədə kuryer kimi fəaliyyət göstərməkdə ittiham olunub. Abatsiyevin qoşulduğu dəstə 79 yaşlı təqaüdçünü aldadaraq 14 milyon rublunu (təqribən 265 min 188 manat) alıb.

Rusiyanın Moskva şəhərində həbs olunan Abatsiyev törətdiyi cinayəti etiraf edib. Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (bir qrup şəxs tərəfindən xüsusilə külli miqdarda dələduzluq) ilə cinayət işi açılıb. 

Qeyd edək ki, Abdulla Abatsiyev Azərbaycanın əsas millisində 1 oyun keçirib. Ölkəmizdə  U-21, U-19, U-17 yığmalarında, da oynayan futbolçu “Sumqayıt”, “İnter” (indiki “Şamaxı”), Rusiyada “Alaniya”, “OİK-Rostov”, “Olimp-Ximki”, “Maşuk-KMV” və “Armavir” klublarında çıxış edib.

Seçilən
41
1
teleqraf.com

2Mənbələr