Rusiya Silahlı Qüvvələri Odessa və Odessa vilayətinə kütləvi hücuma keçib.
Herbiand.az xəbər verir ki, bu barədə Regional Hərbi Administrasiyanın rəhbəri Oleq Kiper Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, Rusiya pilotsuz təyyarələrinin Odessa ətrafına hücumu nəticəsində Limanka kəndinin 77 yaşlı sakini qəlpə yaralarından ölüb. Düşən pilotsuz təyyarələrin dağıntıları şəxsi evlərə ziyan vurub, yanğınlar baş verir. Yanğınları Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin bölmələri söndürür.
Kiper əlavə edib ki, Odessada kritik infrastruktur zədələnib, şəhərin bir hissəsi işıqsız, su və istiliksiz qalıb. Fəsadların aradan qaldırılması üçün bütün aidiyyəti xidmətlər çalışıb. Martın 5-də səhər saatlarında Odessada istilik və su təchizatı sistemləri normal işləyir.