AZ

Eduard Məmmədov: "Kikboksinq üzrə Avropa çempionatının Azərbaycanda keçirilməsi ilə bağlı razılıq verildi"

Kadetlər, yeniyetmələr və gənclər arasında Avropa çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı razılıq verildi.

Bunu "Report"a açıqlamasında Azərbaycan Kikboksinq Federasiyasının (AKF) vitse-prezidenti Eduard Məmmədov bildirib.

O, AKF-nin fəxri prezidenti Adil Əliyev və prezidenti Orxan Əliyevin dəvəti ilə Bakıya gələn Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) prezidenti Roy Beyker və vitse-prezidenti Salim Kayıcının bir sıra görüşlərdə iştirak etdiyini xatırladıb:

"Şəhidlər xiyabanı və Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət olundu. Ardınca gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev ilə görüşlər keçirildi. Onlar kadetlər, yeniyetmələr və gənclər arasında Avropa çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı razılıq verdilər".

E.Məmmədov Azərbaycan millilərinin heyətində yaxşı idmançıların olduğunu söyləyib:

"2027-ci ilədək keçirilən yarışlarda da özümüzü doğrultmağa çalışacağıq. Avropa çempionatının avqustda təşkili planlaşdırılır. WAKO versiyası üzrə 2010-cu ildə ölkəmizdə böyüklər arasında qitə çempionatı təşkil edilib. Çalışacağıq ki, Bakıdakı yarışadək kadetlər, yemiyetmələr və gəncləri yaxşı hazırlayaq. Onlar qazanacaqları medallarla hər kəsi sevindirməyə çalışacaqlar".

Seçilən
26
report.az

1Mənbələr