AZ

"Survivor" iştirakçısı Türkiyəyə qayıdan kimi həbs olunacaq

"Survivor" 'All-Star' heyətində yer alan Hikmət Tuğsuzun iki yeni cinayətdə əli olduğu müəyyən edildikdən sonra ona qarşı ittihamnamə hazırlanıb.
 
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, "Survivor" yarışmasının iştirakçısının Dominikan Respublikasından qayıdandan sonra həbs olunacağı məlum olub.

Yarışa qatılandan sonra haqqında araşdırma aparılan Hikmət Tuğsuz iki ayrı yaralama cinayətinə görə ümumilikdə 12 il 16 ay həbs cəzasına məhkum edildiyi məlum olub.
 
Yarışma üçün Dominikan Respublikasına gedən Tuğsuz Türkiyəyə qayıdan kimi həbs olunacaq.
 
 
 

Seçilən
23
7news.az

1Mənbələr